“Yaponiya Mərkəzi Bankı” prezidentliyinə namizəd Kazuo Uedanın çıxışından sonra Asiya-Sakit Okean bazarları yenidən qarışdı.
İndex.az xəbər verir ki, “Nikkei 225” 1,09%, “Topix” isə 0,57% bahalaşıb. Yaponiyada inflyasiya yanvar ayında 4,2% artaraq 1981-ci ildən bəri ən yüksək həddə çatıb.
Avstraliyada “S&P/ASX 200” 0,32% bahalaşıb. Cənubi Koreyada isə “Kosdaq” 0,35% ucuzlaşıb.
Honkonqun “Hang Seng” İndeksi 1,62%, “Hang Seng Tech” İndeksi isə 2,24% ucuzlaşıb. Çində “Shenzhen” komponenti 0,84%, “Shanghai Composite” isə 0,63% aşağı düşüb.
Yaponiya Bankının (BOJ) prezidentliyə namizədi Kazuo Ueda, hazırda dəstəkləyici siyasətlərin davam etdirilməsini dəstəklədiyini, lakin qiymət proqnozunun yaxşılaşacağı təqdirdə mərkəzi bankın pul siyasətini nəzərdən keçirməli olacağını söylədib.