Bank sektorunun xalis mənfəəti 54%-dən çox artıb

Azərbaycanın bank sektoru bu ilin yanvar ayında 90,3 milyon manat xalis mənfəət əldə edib.

İndex.az Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir ki, bu, 2022-ci ilin eyni dövrü ilə müqayisədə 54,1% çoxdur.

Ötən il bankların əməliyyat gəlirləri 358,2 milyon manat (əvvəlki ilə nisbətən 35,8% çox), əməliyyat xərcləri 217,9 milyon manat (28,4% çox), xüsusi ehtiyatlara ayırmaları 27,3 milyon manat (28,2% çox), digər xərcləri 0,1 milyon manat (əvvəlki il olmayıb), mənfəət vergisi ödəmələri isə 22,7 milyon manat (62,1% çox) təşkil edib.

Azərbaycanda 25 bank fəaliyyət göstərir.