“Google”un bu funksiyası bütün mobil cihazlara gəlir

“Google”un “Tensor” prosessorlarının imkanlarını göstərmək üçün “Pixel 6” ve “Pixel 7” smartfonlarına gətirdiyi süni intellektlə dəstəklənən obyekt silmə proqramı olan “Magic Eraser” artıq bütün mobil cihazlarda istifadə edilə bilər.

İndex.az xəbər verir ki, “Magic Eraser” istifadəçinin fotolarda istəmədiyi obyektləri süni intellektin köməyi ilə asanlıqla məhv edə bilir.

Beləliklə, səhnədə yalnız arzu olunan obyektlər qalır. Daha əvvəl “Pixel 6” ve “Pixel 7” smartfonlarına təklif edilən bu funksiya indi bütün mobil cihazlarda mövcuddur.

Təbii ki, şərt var. “Google One” abunəçisi olmaq. Təəssüf ki, “Google One” olmayan abunəçilər bundan yararlana bilməzlər. Bundan əlavə, “Pixel 5a” “Google One” tələbinə tabe deyil.