“Samsung”un 7 işçisi həbs edilib

Çip sirlərini Çinə ötürən 7 nəfər həbs cəzasına məhkum edilib.

İndex.az xəbər verir ki, “Samsung”un törəmə şirkəti “SEMES”in 7 keçmiş işçisi qeyri-qanuni yollarla yarımkeçiricilərlə əlaqəli texnologiyalar əldə edib Çin şirkətlərinə ötürməkdə təqsirli bilinib.

2020-ci ildə həmin şəxslərin kommersiya sirrini oğurladıqları məlum olub. İddia hökmü bazar ertəsi, fevralın 20-də çıxarılıb.

“SEMES”də çalışan keçmiş tədqiqatçının şirkətin yarımkeçirici təmizləyici avadanlıqlar üçün texnologiyasını qanunsuz əldə etdiyinə görə 4 il həbs cəzasına məhkum edildiyi bildirilir.

Dünyanın qabaqcıl ölkələri yarımkeçirici texnologiyalara və əlaqəli sektora milli təhlükəsizlik məsələsi kimi baxdıqları üçün bu sahədə məxfiliyə böyük əhəmiyyət verirlər. Ona görə də bu sənayedə söz sahibi olan dövlətlər əllərində olan texnologiyaları ciddi şəkildə qorumaq üçün ciddi tədbirlər görüblər.