Avropada inflyasiya yanvar ayında rekord rekord həddə çatıb.
İndex.az xəbər verir ki, “Avropa Statistika İdarəsi”nin (Eurostat) açıqlamasına görə, yanvar ayında Avropada inflyasiyanın 0,2% azalacağı gözlənilsə də, inflyasiyanın səviyyəsi 5,3%-ə çatıb.
Almaniyadan gələn son məlumatların ilkin təxmindən daha yüksək açıqlanmasından sonra ərzaq və enerji daxil olmaqla əsas inflyasiya 0,1% bəndi artaraq 8,6%-ə çatıb.
Avropada inflyasiyanın yanvar ayında rekord həddə çatdığını göstərən məlumatlar, “Avropa Mərkəzi Bankı”nın (AMB) gələn ay faiz dərəcələrini daha yarım bənd artırmaq planını gücləndirir.
AMB-nin prezidenti Kristian Laqardın rəhbərlik etdiyi rəsmilər son iclaslarında depozit faizini 2,5%-dən 3%-ə qaldırmağı planlaşdırdıqlarını bildiriblər.