“Shell” ötən il 40 milyard dollar qazanc əldə edib

Neft və qaz nəhəngi “Shell” Rusiyanın Ukraynaya təcavüzündən sonra artan enerji qiymətlərindən qazanc əldə etməyə davam edir. Şirkət 2022-ci ildə mənfəət nisbətinin 39,9 milyard dollara çatdığını və 115 illik tarixinin rekordunu qırdığını açıqladı.

Baş ofisi Hollandiya və İngiltərədə yerləşən və son bir ildə mənfəət nisbəti təxminən iki dəfə artmış “Shell”in performansı ilin son üç ayında bazar gözləntilərini üstələyib.

Beləliklə, şirkətin 2008-ci ildəki 28,4 milyard dollarlıq rekordu qırıldı.

Bundan əlavə, 2022-ci ilin son üç ayında səhmdarlarına 6,3 milyard dollar ödədiyini deyən “Shell”, 4 milyard dollarlıq səhmləri geri almağı planlaşdırdığını açıqladı.