Kürdəmir rayonunda keçirilən “Açıq mikrofon” aksiyasına dair məlumat

SOCAR “Azəriqaz” İB-nin bölgələrdə təşkil etdiyi “Səyyar qəbul otağı” Kürdəmir rayonunda qurulub.

İndex.az xəbər verir ki, aksiyaya ümumilikdə 7 nəfər qatılıb ki, onların da müraciətləri eyniyönümlü olub.

Arzum Sultanov, Dilbər Əhmdova, Xəyalə Azayevanın timsalında digər 4 sakinin müraciəti SOCAR “Azəriqaz” İstehsalat Birliyində işə qəbulla bağlı olub. Ünvanlanan müraciətlərlə əlaqədar Birliyin Ağsu Regional qaz istismarı İdarəsinin rəhbərliyi tərəfindən vətəndaşlara lazımi izahatlar verilib.