“Apple” qan qlükoza monitoru yaratmaqla milyard dollarlıq sənayeni alt-üst edə bilər.
İndex.az xəbər verir ki, “Apple” uzun müddətdir ki, üzərində çalışdığı qanda qlükoza ölçmə texnologiyasında böyük irəliləyişlər əldə edib.
“Apple” sözügedən sistemi “Apple Watch”da tətbiq edə bilsə, milyard dollarlıq sənayeni alt-üst edə bilər.
“Apple” silikon fotonikası kimi tanınan çip texnologiyasından və optik udma spektroskopiyası adlanan ölçmə prosesindən istifadə edərək fərqli bir yanaşma tətbiq edir.
Tətbiq olunan sistemlə qlükoza tərəfindən udula bilən interstisial mayenin (kapilyarlardan sızan maddələrin) yerləşdiyi dəri altındakı nahiyəyə müəyyən dalğa uzunluqlarında lazerlər vasitəsi ilə işıq saçılır. Sonra işıq qlükoza konsentrasiyasını göstərən sensora geri qaytarılır. Daha sonra alqoritm insanın qan şəkərinin səviyyəsini təyin edir.
“Apple” gizli layihə üzərində 12 ildir ki, işləyir.