“Beynəlxalq Maliyyə İnstitutu” (IIF) “Qlobal borc monitorinqi” hesabatını dərc edib.
İndex.az xəbər verir ki, IIF-in araşdırmasına görə, pandemiyadan sonra qlobal artım və inflyasiyanın bərpası qlobal iqtisadiyyatda dollara əsaslanan borc yükünün 2015-ci ildən bəri ilk dəfə 2022-ci ildə azalmasına şərait yaradıb.
Müvafiq olaraq, qlobal borcun nominal dəyəri 2022-ci ildə təqribən 4 trilyon dollar azalaraq 2021-ci ildə aşılan 300 trilyon dollarlıq hədddən aşağı düşüb.
Bununla belə, inkişaf etməkdə olan ölkələrin borcu 98 trilyon dollarla yeni rekorda imza atıb. Borclarının ən çox artdığı ölkələr Hindistan, Meksika, Rusiya, Sinqapur və Vyetnam olub.
Güclü iqtisadi aktivliyin və yüksək inflyasiyanın təsiri ilə qlobal borcun qlobal ÜDM-ə nisbəti 12% azalaraq 338%-ə düşüb.
İnkişaf etmiş ölkələrin borcunun ÜDM-ə nisbəti 20% azalaraq 390% təşkil edib.
İnkişaf etməkdə olan bazarların borc yükünün ÜDM-ə nisbəti isə 2% bəndi artaraq 250%-ə çatıb.