“Amazon” işçiləri ofis rejiminə qayıtmaq istəmirlər

“Amazon” pandemiya dövründə başladığı uzaqdan və ya hibrid iş modelini bitirməyə başlayır. Şirkət işçilərini ofisə qayıtmağa çağırır, lakin görünən odur ki, işçilərin belə bir niyyəti yoxdur.

İndex.az xəbər verir ki, “Amazon”un baş direktoru Andy Jassy işçilərinə məlumat verdi ki, may ayından etibarən işçilər həftədə ən azı üç gün ofisə gəlməlidirlər.

“Amazon” işçiləri isə ofisə qayıtmaq fikrini sadəcə bəyənmirlər. 5000-dən çox işçi hətta uzaqdan işləməyi müdafiə edən “Slack” kanalına qoşulub. Əslində, hazırda kanalın 14.000-dən çox üzvü var. Bununla belə, kanalda aparılan sorğuya görə, işçilərin 80 faizi ofisə qayıtmağa məcbur edilsələr, başqa iş axtaracaqlarını bildiriblər.