Putinin paltosu yenidən gündəm oldu

Rusiya prezidenti Vladimir Putin müharibənin 1-ci ildönümü öncəsi Moskvada keçirilən mitinqdə on minlərlə insana müraciət edib.

İndex.az xəbər verir ki, ancaq mitinqdən sonra Putinin paltosu yenidən gündəmə düşüb.

Sosial şəbəkələrdə bir çox insan Putinin paltosunun italyan “Loro Piana” olduğunu iddia edərkən, bəziləri bunun “Brunello Cucinello” markası olduğunu irəli sürdü. Məhsulların qiyməti 2760 avro ilə 5250 avro arasında dəyişir.