“Sumqayıt Texnologiya Parkı”na işçi axtarılır

Sumgait Technologies Park

Hüquq Departamentinin Direktoru

Son tarix 22 mar 2023 – [email protected]

Bizim üçün uyğun namizəd:

  • Hüquq üzrə ali təhsil;
  • Hüquq sahəsində ən azı 5 il müvafiq iş təcrübəsi (ən azı 3 il rəhbər vəzifədə);
  •  Azərbaycan və İngilis dillərində yazılı və şifahi olaraq sərbəst ünsiyyət bacarığı;
  • Yüksək analitik düşüncə, konfliktləri idarə etmək bacarığı;
  • Qərar qəbul etmə bacarığı, komandanı həvəsləndirmək qabiliyyətinə malik olmaq;
  • MS Office proqramlarında sərbəst işləmə bacarığı;
  • Şirkətin dəyərlərinə uyğunluq (Dürüstlük, Keyfiyyət, Əməkdaşlıq, Sahibkarlıq və Gəlirlilik);
  • Əhəmiyyətli biznes nəticələrinə təsir edən səviyyədə sübut edilmiş liderlik və təsir bacarıqları;
  • Güclü təşkilatçılıq, detallara diqqət və danışıqlar aparmaq bacarığı mütləqdir.

Əsas tələblər:

  • Şirkətin daxilində hüquqi təminat, ekspertiza və təhlil işinin aparılmasa rəhbərlik.
  • Arbitraj, inzibati, kommersiya və ümumi yurisdiksiya məhkəmələrinə, Şirkətin adından pretenziya və iddialar, şikayətlər, pretenziyalara cavablar və iddialara etirazlar hazırlanmasına rəhbərlik
  • Şirkətin hüquq və qanuni maraqlarını məhkəmələrdə, digər dövlət orqanlarında təmsil olunmasına nəzarət, fiziki və hüquqi şəxslərin qarşısında müdafiə işinin aparılmasına rəhbərlik.
  • Şirkətlər Qrupuna daxil olan qurumlar, habelə Şirkətin sərəncamına verilmiş müəssisə, idarə və təşkilatlar tərəfindən hüquqi ekspertiza və normativ-hüquqi təminat işininin istiqamətləndirilməsi
  • Şirkətin struktur bölmələri tərəfindən qanunvericiliyə riayət olunmasının, hüquqi ekspertiza və normativ-hüquqi təminat işinin aparılması vəziyyətinin təhlil edilməsi, bu sahədə qanun pozuntularının müəyyən edilməsi, müvafiq təkliflər və təqdimatların hazırlanmasına rəhbərlik işlərinin aparılması.
  • Şirkətin daxilində hazırlanan əmr, təlimat, əsasnamələr, standartlar və digər normativ xarakterli sənədlərin layihələrinin ekspertizasının həyata keçirilməsi və zərurət olduqda Şirkətin direktorunun tapşırığı əsasında bu layihələrin hazırlanmasında iştirak etməsi.
  • Şirkətin tərəf-müqabilləri ilə bağlanan müqavilələrin layihələrin təhlilinə rəhbərlik etmək, təqdim edilən müqavilə layihələrinin ekspertizasının həyata keçiriməsinə dair qərarlar qəbul etmək.
  • Departamentin fəaliyyəti ilə bağlı olan təlimat, qayda və prosedurların hazırlanmasında iştirak edir və bütün normativ sənədlərin təkmilləşdirilməsi ilə bağlı təkliflər verir;
  • Hüquqi ekspertiza üçün daxil olan normativ sənədlərin layihələrinə rəy verir, qüvvəsini itirənlərin ləğv edilməsi, qüvvədə olanlara dəyişikliklər edilməsi barədə təkliflər verir;
  • Şirkətin daxili normativ sənədlərinin, o cümlədən Ümumi yığıncağın qərarlarının, şirkətdə hazırlanan əmr, sərəncam, təlimat, qayda və digər təşkilati göstərişverici sənədlərin qüvvədə olan qanunvericiliyə uyğunluğunun yoxlanması yolu ilə hüquqi ekspertizasını keçirir, həmçinin belə sənədlərin hazırlanmasını təmin edir;
  • Departamentin fəaliyyəti ilə bağlı işçilərini istiqamətləndirir, performansını qiymətləndirir.

Nə əldə edəcəksiniz?

  • Azərbaycanın ən böyük sənaye şirkətində iş təcrübəsi;
  • Şəxsi inkişaf və peşəkar inkişaf imkanları;
  • Tibbi sığorta, korporativ nömrə, nəqliyyat və nahar.

Əlavə məlumat:

  • Əmək haqqı mövcud qiymətləndirmə sistemi çərçivəsində müsahibə zamanı razılaşdırılacaq;
  • İş saatları: Bazar ertəsi – Cümə, 09:00 – 18:00;
  • İş yeri Sumqayıt şəhəri, H.Z.Tağıyev qəsəbəsidir.

Yuxarıda göstərilən tələblərə cavab verən namizədlərdən CV-lərini mövzu hissəsində “Hüquq Departamentinin direktoru” yazaraq 21.03.2023 tarixinədək elektron poçtuna göndərmələri xahiş olunur.