Sabah bu şəhərdə su kəsiləcək

Təsdiqlənmiş plana və təlimata uyğun olaraq Mingəçevir şəhərindəki 10 min kubmetr tutumu olan mərkəzi su anbarında yuyulma və dezinfeksiya işləri aparılacaq. Bununla əlaqədar 28 dekabr 2021-ci il tarixində gün ərzində Mingəçevir şəhərinə içməli suyun verilməsində fasilə olacaq.

Yaranacaq narahatlıqla əlaqədar “Azərsu” ASC abonentlərdən üzr istəyir.