Ronaldo “Əl Nəsr”dəki bütün futbolçuların həyatını dəyişdi

Ronaldonun “Əl-Nəsr”da olması komanda yoldaşlarını daha sərt pəhrizə riayət etməyə ruhlandırıb.

İndex.az xəbər verir ki, bu barədə komandanın dietoloqu Xose Blesa “İdeal” qəzetinə danışıb.

Onun sözlərinə görə, Ronaldonun indi 38 yaşı var, amma yenə də özündən və ətrafındakılardan ən yüksək standartları tələb edir. Futbol tarixinin ən böyük oyunçularından biri olan CR7-nin demək olar ki, hər bir hərəkəti ətrafındakı hər kəs tərəfindən təqlid olunmağa davam edir.

O, Ronaldonun komanda yoldaşlarına təsirini bu sözlərlə izah edib:

“Ronaldo tarixin ən yaxşı oyunçusudur və ya ən yaxşı iki oyunçudan biridir. Hər kəs kimi mən də onunla işləməyin necə olacağına və klubun çox dəyişib-dəyişməyəcəyinə əmin deyildim. Amma mən ondan daha peşəkar futbolçu görməmişəm. .Onunla hər söhbətdə nəsə öyrənirəm. Onunla pəhrizindən, bunun vacibliyini necə dərk etdiyindən, performans üçün istirahətindən danışdıq. Məşqə ilk gələn və sonuncu gedən həmişə o olur. Onunla işləmək əladır.

Cristiano mənə çox kömək edir, çünki biz ona daha heç nə öyrədə bilmirik. Amma o, ətrafı üçün bir məktəb kimidir. Digər futbolçular onun etdiklərini edirlər, çünki etdiyi hər şey onun performansını yaxşılaşdırmaq üçün əla seçimdir. Hər dəfə oyunçuları görəndə onların bədənləri demək olar ki, 90 faiz yaxşılaşmasının fərqinə varıram. Əvvəllər belə bir şey görməmişdim. İndi onların daha az yağları, daha çox əzələləri var və bütün məşqləri əzmlə edirlər”.