
İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti martın 28-də saat 10:00-da “Dəmirbank” ASC-ə məxsus 4 fərdi yaşayış evin satışı üzrə hərrac keçiricək.
İndex.az xəbər verir ki, bu barədə Dövlət Xidmətindən bildirilib.
Hərraca çıxarılacaq evlərin start qiyməti 2,2 milyon – 2,225 milyon manat arasında dəyişir. Start qiymətinin 10%-i beh olaraq ödənilməlidir.
Hərrac Əmlak Məsələləri Dövlət Xidmətinin Əmlak Xidmətləri Məkanında keçiriləcək.
Xatırladaq ki, “DəmirBank” ASC-nin lisenziyası Maliyyə Bazarlarına Nəzarət Palatasının Direktorlar Şurasının qərarına əsasən 23 dekabr 2017-ci ildən ləğv edilib.