Tətillə əlaqədar paytaxtın bir çox küçə və meydanlarında zibil qutularının çoxalması müşahidə olunarkən, şəhər sakinləri də bu vəziyyətdən şikayətləniblər.
Bəzi amsterdamlılar zibillərin yığıldığı yerlərdə 20-27 fevral tarixlərində zibillərin toplanmayacağını bildirən xəbərdarlıq lövhələri asaraq insanlardan bir həftə çölə zibil atmamağı xahiş ediblər.
Bələdiyyə rəsmisi Hester van Buren isə tətil edən işçiləri başa düşdüyünü deyib:
“Tətilin səbəbini başa düşürəm. Ərzaq və başqa şeylərin qiymətləri artıb. Ümid edirik ki, tezliklə həmkarlar ittifaqı ilə oturub daha səmərəli müqavilə haqqında razılaşacağıq”.