"Kontakt Home"a işçilər tələb olunur

“Kontakt Home” mağazalar şəbəkəsi müxtəlif növ rəqəmsal və məişət texnikasının, həmçinin mebellərin pərakəndə satışını həyata keçirir. Təklif etdiyi malların yüksək keyfiyyətinə və göstərdiyi peşəkar xidmətə görə “Kontakt Home” Azərbaycan bazarında qısa müddət ərzində aparıcı mövqelərdən birini tutmuşdur.
“Kontakt Home” mağazalar şəbəkəsi davamlı olaraq inkişaf üzərində çalışır və bu məqsədlə istedadlı mütəxəssislərin cəlb olunması, onların inkişafı, mütəmadi təhsili, peşəkarlıq səviyyəsinin yüksəldilməsi və işgüzarlıq keyfiyyətlərinin artırılması üzrə fəal iş aparır.

Vakansiya: Sosial Media üzrə Menecer
Vəzifə öhdəlikləri:

• Qruplarda reklam proyektlərini təşkil etmək: (Əsasən Facebook üzərindən);
• Facebook, Telegram, İnstagram kimi sosial platformalarda qrup və səhifələrlə əməkdaşlıq etmək;
• Qruplarda yenilənən kampaniyalar, endirimlər və s. haqda daim əlaqədə olmaq və onları məlumatlandırmaq;
• Media plana uyğun reklam proyektlərini proqnozlaşdırmaq;
• Büdcə idarə etmək, müqavilə, sənəd məsələlərində koordinasiyanı etmək;
• Reklam nəticələrini ölçüb növbəti layihələr üçün yeni növ istiqamətlər təyin etmək.

Tələblər:

• Müvafiq (və ya bənzər) sahədə iş təcrübəsi;
• Azərbaycan dilini səlis bilməlidir, rus dili bilikləri arzu olunandır;
• Excell biliyi;
• Digital media bilikləri (ölçmək, analiz etmək, hesabat hazırlamaq);
• İnsanlarla işləmək, yüksək ünsiyyət qabiliyəti.

İş şəraiti:

• İş günləri: I-V günlər, istirahet günü: şənbə, bazar
• Əmək haqqı: 600 AZN

Qeyd olunan tələblərə uyğun namizədlər aşağıdaki link-ə daxil olaraq vakansiyaya müraciət edə bilərlər:
https://qlor.me/ks61ws4m

“Kontakt Home” mağazalar şəbəkəsi müxtəlif növ rəqəmsal və məişət texnikasının, həmçinin mebellərin pərakəndə satışını həyata keçirir.Təklif etdiyi malların yüksək keyfiyyətinə və göstərdiyi peşəkar xidmətə görə “Kontakt Home” Azərbaycan bazarında qısa müddət ərzində aparıcı mövqelərdən birini tutmuşdur.
“Kontakt Home” mağazalar şəbəkəsi davamlı olaraq inkişaf üzərində çalışır və bu məqsədlə istedadlı mütəxəssislərin cəlb olunması, onların inkişafı, mütəmadi təhsili, peşəkarlıq səviyyəsinin yüksəldilməsi və işgüzarlıq keyfiyyətlərinin artırılması üzrə fəal iş aparır.

Vakansiya: Online satışlar üzrə koordinator (Quba)

Vəzifələr:

– Məhsulun çatdırılma planlarının yerinə yetirilməsinə nəzarət
– Kargüzarlıq, zənglərin geydə alınması və yazışmaların koordinasiyası
– Gün ərzində mail ünvanına yazılan mailləri oxuyub, tapşırıqları icra etmək
– Kredit müqavilələrinin departamentə təhvil verilməsinə nəzarət etmək
– Rəhbrəliyin tapşırığı ilə vəzifədən irəli gələn digər işlərin icrası

Tələblər:

– Ali təhsil
– 1C proqramı bilikləri
– Təhlil etmə bacarığı
– Azərbaycan dilini səlis bilməli, rus dili arzu olunandır
– Ünsiyyətcil, təşəbbüskar
– Komandada işləmək bacarığı
– Mükəmməl kommunikasiya qabiliyyəti;
– İşdə dəqiqlik və detallara fikir vermə qabiliyyəti
– Vəzifə öhdəliklərini şirkətin siyasət və prosedurlarına uyğun şəkildə həyata keçirmək
– Ofis proqramları bilikləri (Word, Excel, Outlook)

İş şəraiti:

• AR Əmək Məcəlləsinə əsasən sənədləşmə
• İş vaxtı: həftənin 6 günü, Saat 10:00 – 20:00
• Əmək haqqı ilk ay 500 AZN, növbəti aydan əlavə bonuslar.

Qeyd olunan tələblərə uyğun namizədlər aşağıdaki link-ə daxil olaraq vakansiyaya müraciət edə bilərlər:
https://qlor.me/ktii2qda

Vakansiya: İnsan Resursları və təlim departamentinin rəhbəri

Əmək funksiyaları:

– İnsan resursları və təlim departamentinin işinin təşkili;
– İnsan resurslarının planlaşdırılması və idarə olunması;
– Şirkətin strateji hədəflərinə xidmət göstərən əməliyyat planlarının icrasının təmin olunması;
– İşə qəbul prosesinin təşkili və ona nəzarət;
– İşə qəbul və adaptasiya planının hazırlanması və plana uyğun olaraq adaptasiya tədbirlərinin təmin olunması;
– İnsan resursları inzibatçılığı və rəsmiləşdirmə işlərinin təşkili;
– Prosedur və qaydaların hazırlanması və inkişafı;
– Əməyin qiymətləndirilməsi prosesinin təşkili və idarə olunması;
– Təlim ehtiyyaclarının müəyyən edilməsi;
– İşçilər üçün inkişaf və təlim proqramlarının hazırlanması;
– Daxili və xarici təlimlərin təşkil olunmasına nəzarət;
– İşçi məmnuniyyətinin ölçülməsi və müvafiq olaraq təkliflərin hazırlanması;
– Həvəsləndirmə və mükafatlandırma sisteminin inkişafı;
– Şikayyət, təklif və müraciətlərin araşdırılması və müvafiq qərarların qəbul edilməsi;
– İntizam proseslərinin idarə olunması;
– İR üzrə audit işlərinin həyata keçirilməsi;
– İnsan resurları üzrə müxtəlif hesabatlar hazırlamaq və rəhbərliyə təqdim etmək;
– İnsan resurslarının inkişafı üzrə təkliflər hazırlamaq;
– İnsan resursları üzrə potensial risklərin müəyyən edilməsi və aradan qaldırılması.

Tələblər:

– Ali təhsil;
– İnsan resursları sahəsində ən azı 7 il iş təcrübəsi, o cümlədən bu sahədə rəhbər vəzifəsində minimum 3 il iş stajı;
– AR əmək qanunvericiliyini mükəmməl səviyyədə bilməli;
– İnsan resurslarının funksiyaları, standartları və prosedurları haqqında yüksək biliyə malik olmalı;
– Azərbaycan dilini əla səviyyədə bilməli, rus dilini bilməsi arzuolunandır;
– MS Office proqramlarını, xüsusilə Excel proqramını yaxşı səviyyədə bilməli;
– İR proqram təminatları ilə işləmə təcrübəsi arzuolunandır.

Şəxsi keyfiyyətlər:

– Liderlik xüsusiyyətləri;
– Təşkilatçılıq bacarığı;
– Gərgin iş şəraitində işləmək bacarığı;
– Analitik düşünmə qabiliyyəti;
– Diqqətli və məsuliyyətli.

Əmək şəraiti:

– İş günləri: həftənin I-V günləri, iş vaxtı: 09:00-18:00
– Korporativ telefon;
– Əmək haqqı: 5000 AZN-dən başlayaraq

Qeyd olunan tələblərə uyğun namizədlərdən xahiş olunur ki, məktubun mövzu hissəsində İnsan resursları və təlim departamentinin rəhbəri qeyd edərək CV-ləri [email protected] ünvanına göndərsinlər.