“Morgan”: “ABŞ səhmləri son 15 ilin ən bahalı səhmləridir”

“Morgan Stanley” strateqi Mixael Uilson, FED-in monetar sərtləşdirməyə son qoymaqdan çox uzaq olduğu bir vaxtda risk-mükafat bərabərliyinin çox zəif olduğunu və səhmlərin 2007-ci ildən bəri ən bahalı səviyyədə olduğunu bildirib.

İndex.az xəbər verir ki, Mixael Uilsonun rəhbərlik etdiyi “Morgan Stanley” strateqlərinin fikrincə, ABŞ-da səhmlərin bahalı olması “S&P 500” indeksinin bu ilin ilk yarısında 26%-ə qədər ucuzlaşa biləcəyinə dair bir xəbərdarlıqdır.

“Morgan Stanley” strateqlərinin qeydində, son məlumatların ABŞ-ın tənəzzüldən xilas ola biləcəyini, lakin eyni zamanda FED-in faiz artırımlarının hələdə təhlükəli olduğununu bildirilib.

Strateqlər “S&P 500” indeksinin 2023-cü ilin birinci yarısında 26% azalaraq 3000-ə qədər düşə biləcəyi qənaətindədirlər.