“Amazon”a məxsus “Zoox” şirkəti ABŞ-ın Kaliforniya ştatında avtonom taksisini sınaqdan keçirməyə başlayıb.
İndex.az xəbər verir ki, bu avtonom taksi yalnız həftə sonları və gündüz saatlarında yola düşür. Pis hava şəraitində isə çölə çıxa bilməz.
Taksidə sürücü oturacağı yoxdur. Taksinin özü tam elektriklə işləyir. O, həmçinin 120 km/saat sürətlə təxminən 16 saat özünü idarə edir. Prototip dörd fırlanan təkərlə hərəkət edə bilir ki, bu da ona dar yerlərdə manevr etməyə imkan verir.
“Zoox” istehsal etdiyi taksi ilə ilk olaraq ABŞ-dakı taksi problemini həll etməyi hədəfləyir. Sınaqlar uğurlu olarsa şirkət taksinin istifadə sahəsini artıracaq.