Avrozonada biznes aktivliyi fevral ayında son 9 ayın ən yüksək səviyyəsinə çatıb.
İndex.az xəbər verir ki, “S&P Global”ın məlumatlarına görə, avro bölgəsində iqtisadiyyatın ümumi vəziyyətini ölçən aparıcı “Xidmət Satınalmaları Menecerləri İndeksi” fevralda 50,3-dən 52,3-ə yüksələrək, son 9 ayın ən yüksək səviyyəsinə çatıb.
Bu vəziyyət region iqtisadiyyatının birinci rübdə tənəzzüldən qaçacağına dair gözləntiləri artırıb və regionun iki ən böyük iqtisadiyyatında da fəallığı artırıb.
“Bloomberg”in sorğusuna qatılan iqtisadçıların qiymətləndirməsi isə 50,7 olub.
“S&P Global” iqtisadçısı Kris Uilyamson bildirib ki, inflyasiyanın pik həddə çatması gözləntiləri və inamı artırıb:
“Avrozonada işgüzar aktivlik fevral ayında proqnozlaşdırılandan daha sürətli artıb. Xidmət sektorunda canlanma ilə işgüzar aktivlik 9 ayın pik nöqtəsinə çatıb”.