Səudiyyə Ərəbistanı hazırda görünməmiş tikinti bumu yaşayır.
İndex.az xəbər verir ki, Ərəbistan torpağında kub şəklində “Mukaab” göydələn ucalacaq.
“Mukaab”ın hündürlüyü 400 metr, eni 400 metr və uzunluğu 400 metr olacaq, lakin dünyanın ən hündür binalar reytinqində yalnız 41-ci yerə qalxa biləcək.
Açıqlamaya görə, bu göydələndə muzey, texnologiya və dizayn universiteti, teatr və 80-dən çox əyləncə məkanı olacaq.
Qeyd edək ki, layihə Səudiyyə Ərəbistanının vəliəhd şahzadəsi Məhəmməd bin Salmanın sədrlik etdiyi “New Murabba Development Company” tərəfindən həyata keçirilir. Onun 2030-cu ilə qədər başa çatdırılması gözlənilir.