“Tesla” 363 min avtomobili geri çağırıb

ABŞ-ın elektrikli avtomobil istehsalçısı “Tesla” 362 min 758 avtomobilini proqram təminatı yeniləmələri üçün geri çağırmaq qərarına gəlib.

İndex.az xəbər verir ki, ABŞ “Milli Avtomobil Yolları Trafik Təhlükəsizliyi İdarəsi”ndən (NHTSA) verilən açıqlamada, “Tesla”nın 2016-2023-cü illərdə istehsal olunmuş “Model S”, “Model X”, “Model 3” və  “Model Y” modellərinin “Tam Avtonom Sürmə Beta” (FSD Beta) proqramı ilə təchiz olunduğundan təhlükəsizlik səbəbindən geri çağırıldığı bildirilib.

Qeyd edilib ki, “Tesla” “FSD Beta” sisteminin qəzalara səbəb ola biləcəyi barədə xəbərdarlıq edib və 362 min 758 avtomobili geri çağırıb.

Digər tərəfdən, “Tesla”nın CEO-su İlon Mask sosial media hesabında simsiz proqram təminatının yenilənməsi ilə bağlı hərəkət üçün “geri çağırma” sözünün istifadə edilməsinə razı qalmayıb.