İngiltərə hökuməti ölkəyə gələn şəxslər üçün uçuşdan əvvəl və İngiltərədə olduqları 2-ci gündə tələb edilən PCR testi məcburiyyətini aradan qaldırıb.
İndex.az “Sözcü”yə istinadən xəbər verir ki, bu barədə İngiltərənin baş naziri Boris Conson məlumat verib.
O bildirib ki, ölkəyə səyahət edən şəxslər PCR testi əvəzinə, şəxsin hal-hazırda COVID-19-a yoluxub-yoluxmadığını bildirən və nəticəsi daha sürətli çıxan test verəcəklər.
Verilən məlumata görə, sözügedən qərar yanvarın 7-i İngiltərə vaxtı ilə saat 04:00-dan sonra qüvvəyə minəcək. Boris Conson həmçinin bildirib ki, yeni qərar sayəsində insanlar əlavə xərclər çəkməkdən xilas olacaq və rahat səyahət edə biləcəklər.