Pensiyalar artımla birlikdə ödənildi

Muxtar respublika üzrə cari ilin ilk ayında pensiyaların artımla birlikdə pensiyaçılara ödənilməsi prosesi tam yekunlaşıb.

İndex.az xəbər verir ki, bu barədə Naxçıvan Muxtar Respublikası Dövlət Sosial Müdafiə Fondundan bildirilib.

Belə ki, təyin olunan əmək pensiyalarının ödənişi plastik kartlar vasitəsi ilə pensiyaçılara çatdırılıb. Kəndlərdə yaşayan əmək pensiyaçıları isə eyni zamanda, istəklərinə uyğun olaraq yaşadığı ərazidə yerləşən poçt bölmələri vasitəsilə də pensiyalarını əldə ediblər.

Qeyd edək ki, ötən il ölkəmizdə pensiyaların minimum məbləği 200 manat idisə, yanvar ayının 1-dən bu göstərici 20 faiz artaraq 240 manat təşkil edir. 2021-ci ildə muxtar respublikada pensiya və müavinətlərin ödənişinə yönəldilən vəsaitin 60,1 faizi məcburi dövlət sosial sığorta haqqı üzrə daxilolmalar hesabına təmin edilib.