Bank sədrinin müşavirini aldadan qadına hökm oxundu

Bakıda külli miqdarda dələduzluq etməkdə təqsirli bilinən qadına hökm oxunub.

“Kriminalqafqaz” xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Nuran Səməndərova 7 il 6 ay müddətə azadlıqdan məhrum edilib.

Buna da bax: “Şərurlu İsfəndiyar” bank tərəfindən məhkəməyə verildi

Qeyd edək ki, cinayət işi üzrə aralarında Beynəlxalq Bank sədrinin müşaviri və departament direktoru Emil Qədimovun da olduğu 4 nəfər zərərçəkmiş kimi tanınıb.

İttihama görə, 1989-cu il təvəllüdlü N.Səməndərova özünü Dövlət Miqrasiya Xidmətinin əməkdaşı kimi təqdim edərək banklardan küllü miqdarda kredit götürüb. Həmçinin telefon dükanlarından da 30-a yaxın əsasən “İphone” markalı telefonlar alaraq pullarını ödəməyib.

O, həmin telefonları Dövlət Miqrasiya Xidmətinin əməkdaşları kimi təqdim etdiyi müxtəlif vətəndaşların şəxsiyyət vəsiqələri ilə alıb. Sonradan məlum olub ki, həmin şəxslərin hər hansı dövlət qurumu ilə əlaqəsi yoxdur. Şəxsiyyət vəsiqələri Nuranın “Unibank”da işləyən bacısı Nigar tərəfindən banka aid müştərilərin sənədləri arasından götürülüb.