Bu gün Xırdalanda su olmayacaq

Bu gün gün ərzində Xırdalan şəhərinin bir hissəsinə su kəsiləcək.

İndex.az “Azərsu” ASC-yə istinadən xəbər verir ki, magistral su kəmərində baş vermiş qəzanın aradan qaldırılması ilə əlaqədar gün ərzində Xırdalan şəhərinin bir hissəsinə içməli suyun verilməsində məhdudiyyətlər olacaq.

Yaranacaq narahatlıqla əlaqədar “Azərsu” ASC abonentlərdən üzr istəyir, deyə məlumatda deyilir.