Pensiyalar bu tarixdə tam ödəniləcək

Respublika üzrə bütün pensiyaların yanvarın 14-də tam ödənilərək yekunlaşdırılması nəzərdə tutulub.

Buna da bax: Prezidentdən çörəyin bahalaşmasına – MÜNASİBƏT

İndex.az xəbər verir ki, bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondundan məlumat verilib.

Qeyd olunub ki, həmin gün güzəştli şərtlərlə pensiya hüququna malik şəxslərin də pensiyası ödəniləcək.