Daha 30 nəqliyyat vasitəsi hərraca çıxarılır

İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin 14, 21, 28 fevral tarixlərində keçirəcəyi hərraclara ümumilikdə 56 dövlət əmlakı çıxarılacaq.

İndex.az Dövlət Xidmətinə istinadən xəbər verir ki, onlardan 5-i səhmdar cəmiyyətin səhm paketi, 21-i kiçik dövlət müəssisə və obyekti, 30-u isə nəqliyyat vasitəsidir.

Hərraca çıxarılan dövlət əmlakları sırasında yardımçı təsərrüfat, iaşə obyektləri, anbar da var.

Hərraca çıxarılan nəqliyyat vasitələrinin əksəriyyəti Cənubi Koreya istehsalıdır. Avtomobillərin buraxılış tarixləri isə 2002-2014-cü illəri əhatə edir.

Hərraca çıxarılan dövlət əmlaklarının tam siyahısı: ( https://clck.ru/33TqtH)