Bakıda bu binalar söküləcək – 200-dək ailə köçürülür

Bakıda ilkin mərhələdə söküləcək binaların sayı məlum olub.

İndex.az xəbər verir ki,  200-dək ailənin yaşadığı bu binaların sayı 900-dən 1000-dəkdir.

Bununla bağlı xüsusi proqram da hazırlanıb. Söküntünün əhatə edəcəyi ərazilər əsasən paytaxtın Binəqədi, Yasamal, Nərimanov, Nəsimi, Səbail və digər rayonların ərazilərinə düşür.

İlkin mərhələdə köçürüləcək 200-dək ailənin Sovet dövründə ucaldılmış tikililərdə yaşadığı bildirilir. Söküləcək tikililər arasında həm fərdi evlər, həm 5, həm də doqquzmərtəbəli binalar olacaq.  (BAKU.WS)