Bu il Ceyhan limanından 92 milyon barel BTC nefti nəql edilib

Bu ilin əvvəlindən Bakı-Tbilisi-Ceyhan (BTC) boru kəmərinin Türkiyə ərazisində istismarını həyata keçirən “BOTAS International Limited” (BIL) şirkəti Ceyhan terminalından 91,848 milyon barel xam neft nəql edib.

İndex.az xəbər verir ki, bu həcmdə xam neft 126 tankerə yüklənərək dünya bazarlarına yola salınıb.

Ümumilikdə indiyə qədər limandan 3 mlrd 663 mln barelə yaxın xam neft 4 785 tankerə yüklənib.

BIL 2001-ci ildə BTC-ni Türkiyə ərazisində istismar etməklə səlahiyyətləndirilib. Ceyhan terminalında BTC-dən xam neftin ilk tankerə yüklənməsi 2006-cı il iyunun 2-də baş tutub.