Neft məhsullarının ixracından əldə olunan qazanc 74% artıb

Bu ilin yanvar-may ayları ərzində Azərbaycan gömrük bəyannamələrinə əsasən, 533 min 193,13 ton həcmində neft məhsulları ixrac edib.

İndex.az Dövlət Gömrük Komitəsinin statistikasına istinadən xəbər verir ki, bu həcmdə məhsulun dəyəri 230 milyon 566,54 min ABŞ dolları təşkil edib.

Bu ilin yanvar-may ayları ərzində ixrac edilən neft məhsullarının həcmi ötən ilin müvafiq dövründən 8,3%, dəyəri isə 74,4% çoxdur.

Bu ilin yanvar-may aylarında neft məhsullarının Azərbaycanın ümumi ixracında payı 3,1% olub.