Yük və sərnişin daşımaları 3% artıb

2021-ci ildə Azərbaycanın nəqliyyat sektorunda yük daşınması 2020-ci illə müqayisədə 2,8%, sərnişin daşınması isə 3,1% çox olub.

İndex.az Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, ötən il nəqliyyat sektorunda fəaliyyət göstərən təsərrüfat subyektləri 193,9 milyon ton yük daşıyıb. Yüklərin 2,8%-i dəniz, 7,8%-i dəmir yolu, 0,3%-i hava, 58%-i avtomobil nəqliyyatı, 31,1%-i isə boru kəməri ilə daşınıb.

Bundan başqa, il ərzində nəqliyyatçılar 1 214,2 milyon sərnişinə xidmət göstərib. Sərnişinlərin 92,2%-i avtomobil nəqliyyatı, 7,4%-i metro, qalan hissəsi isə digər nəqliyyat növləri ilə daşınıb.