“Aqrar təyinatlı torpaqları vətəndaşlara satanlar qanun qarşısında cavab verməlidir”

Kənd təsərrüfatı təyinatlı torpaqları vətəndaşlara satan vəzifəli şəxslər qanun qarşısında cavab verməlidir.

İndex.az xəbər verir ki, bunu bu gün Milli Məclisin Aqrar siyasət komitəsinin iclasında deputat Azər Badamov bildirib.

“Bu gün ölkədə əsas problemlərdən biri sənədsiz evlərlə bağlıdır. Bələdiyyələrin vətəndaşlara satdığı torpaqlar təftiş olunmalıdır. Əgər həmin torpaqlar aqrar sahə üçün nəzərdə tutulubsa, niyə orada fərdi evlər tikilib? Həmin evlərin sahiblərinin sənəd məsələləri həll olunmalıdır. Bu, minlərlə insanı əhatə edir”, – deyə o qeyd edib.