“Ethereum” tarixdə ilk dəfə 4.5 min dolları keçib

“Ethereum” kriptovalyutasının dəyəri tarixdə ilk dəfə 4.5 min dolları keçib. “CoinGecko” məlumatına əsasən, rəqəmsal valyuta son sutkada 3% bahalaşıb, kapitallaşması isə 529 milyard dollara çatıb. Xatırladaq ki, son rekord 4.4 min dollar olub və 29 oktyabrda qeydə alınıb.

İndex.az xəbər verir ki, noyabrın 2-də ən böyük maliyyə derivativləri bazarı “CME Group” 1/10 “Ethereum” fyuçerslərinin dövriyyəyə buraxıldığını açıqlayıb. Yeni alətin ticarəti dekabrı 6-sı başlayacaq. Bir fyuçers müqaviləsinin dəyəri 01. ETH təşkil edəcək.