2021-ci ilin yanvar-oktyabr aylarında pərakəndə ticarət şəbəkəsində (apteklərdə) 758.6 milyon manatlıq əczaçılıq məhsulları və tibbi ləvazimatlar satılıb. Azərbaycan əhalisi əczaçılıq məhsulları və tibbi ləvazimatlara hər gün orta hesabla 2.5 milyon manat xərcləyib.
İndex.az Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, satış 2020-ci ilin yanvar-oktyabr aylarına nisbətən 36.3% artıb.