"Lu-Mun Holding" işçi axtarır – VAKANSİYA

ÜMUMİ MƏLUMAT:

Vəzifə: Maliyyə üzrə aparıcı mütəxəssis
Departament: Maliyyə departamenti
Hesabat verir: Büdcə və Hesabatlıq şöbəsinin rəisi
Yeri: Bakı, Port Baku Towers
Əmək münasibətinin növü: Tam-ştat
ROLUN MƏQSƏDİ VƏ XÜSUSİYYƏTLƏRİ:

Bu rolun məqsədi hesabatlıq, büdcə və maliyyə nəzarəti üzrə funksiyaların həyata keçirilməsi dəstək verməkdir.

ƏSAS NƏTİCƏ SAHƏLƏRİ:

– Hesabatların vaxtında və dəqiq hazırlanılması,
– Ay bağlanışı zamanı səhvlərin vaxtında aşkarlanması,
– Büdcənin vaxtında və dəqiq hazırlanılması,

VƏZİFƏ TƏLİMATLARI:

– Aylıq, rüblük və illik idarəetmə hesabatlarının/Müşahidə Şurasının hesabatlarının hazırlanılması və konsolidasiyası,
– İllik MHBS hesabatlarının və açıqlamalarının hazırlanılmasında iştirak etmək;
– Ay bağlanışı zamanı mühasibatlıq əməliyyatlarının yoxlanılması.
– ERP/Mühasibatlıq sisteminin tətbiq olunması və idarəetmə hesabatlarının avtomatlaşdırılması
– Hesablama və hesablanmış müvafiq ehtiyatların yoxlanılmasında mühasiblərə kömək etmək,
– Kənar auditorlarla sıx əməkdaşlıq göstərilməsi,
– Qrupdaxili əməliyyatları aylıq olaraq uzlaşdırmaq və fərqləri araşdırmaq
– İllik büdcənin və maliyyə proqnozlarının hazırlanılmasında iştirak etmək, büdcə və faktiki rəqəmlərin üzləşdirilməsi və kənarlaşmalar üzrə hesabatın tərtib edilməsi,
– Sifarişlərin büdcəyə uyğunluğunun yoxlanılması,
– Nəzarət mexanizmlərinin gücləndirilməsi məqsədilə qayda və prosedurların yazılması və bunlara əməl edilməsinin yoxlanılmasında iştirak etmək,
– Ödəniş sənədlərini nəzərdən keçirmək;
– Holdinqin Strategiyasının hazırlanmasında və monitorinqində iştirak;
– Hesabatlıq, büdcə və maliyyə nəzarəti üzrə digər işlər.

İŞ ÜZRƏ SPESİFİKASİYALAR:

Tələb olunan Təhsil və Təcrübə:
– Maliyyə, Mühasibatlıq uçotu və Biznesin idarəedilməsi üzrə bakalavr təhsili;
– Müvafiq sahədə ən azı 2 il iş təcrübəsi;
– Kənd təsərrüfatı və ya istehsalat yönümlü şirkətdə iş təcrübəsi arzuolunandır;
– ACCA tətbiqetmə biliklərini, ACCA PM və ACCA FR imtahanlarını müvəffəqiyyətlə keçərək bu imtahanların CIMA ekvivalentləri;

Tələb olunan Bilik, Bacarıq və Davranışlar:
– vəzifə öhdəlikləri səmərəli şəkildə yerinə yetirmək üçün işçidən tələb olunan xüsusui səriştələr və bacarıqları qeyd edin;
– Yüksək səviyyədə 1C və ya digər mühasibatlıq və Microsoft Excel proqramı bilikləri, MHBS standartlarının sərbəst tətbiqi, detallara dəqiqlik və problem həll etmə bacarığı;
– Azərbaycan-dili (əla), ingilis-dili (yaxşı), rus-dili (yaxşı);

Namizədlər öz CV-lərini [email protected] ünvanına 31 may 2021-ci il tarixinə qədər göndərə bilərlər. E-mailin “Mövzu” hissəsində “Maliyyə üzrə aparıcı mürəxəssis” vəzifənin adını qeyd edilməsi zəruridir.

İşə qəbul prosesinin növbəti mərhələyə yalnız tələblərə cavab verən namizədlər dəvət olunacaq.