Pay torpaqlarının sənədləşdirilməsinə başlanıb

Pay torpağı olan vətəndaşların torpaq sənədləri ilə edilməsinə başlanıb.

Buna da bax: Əmlak qeydiyyatında 28%-dən çox artım olub

İndex.az xəbər verir ki, sənədi əldə etmək istəyən 4000-dən artıq vətəndaşın ərizəsi qəbul edilib. Əmlak Məsələləri Dövlət Xidmətindən verilən məlumata görə, həmin ərizələr icraya yönəldilib: “Hazırda əməkdaşlarımız hər bir kənd üzrə maarifləndirici tədbirlər həyata keçirir və vətəndaşlara həm mobil vasitələrlə, həm qeydiyyat orqanının inzibati binalarında xidmət göstərirlər. 50 mindən artıq vətəndaşımız torpaq sənədi ilə təmin ediləcək. Bu, kənd təsərrüfatının inkişafı üçün əhəmiyyətli təkan olacaq”.

Xatırladaq ki, aqrar islahat zamanı pay torpağı almasına baxmayaraq vətəndaşların bir çoxu sənədlə təmin edilməyib. Bununla bağlı Prezident İlham Əliyev 2021-ci il oktyabrın 7-də “Torpaq münasibətlərinin tənzimlənməsi ilə bağlı bəzi məsələlər haqqında Fərman” imzalayıb. Sənəd vətəndaşların dövlət vəsaiti hesabına öz torpaq sənədlərini əldə etməsini nəzərdə tutur.