"ASAN xidmət indeksi" üzrə ən zəif nəticə "Azəriqaz"dadı

Dövlət xidmətlərinin 2020-2021-ci illərdə “ASAN xidmət indeksi” üzrə qiymətləndirilməsi nəticələri açıqlanıb.

Index.az hesabata istinadən xəbər verir ki, qiymətləndirilməsi aparılmış kommunal xidmətlər göstərən 4 hüquqi şəxs üzrə ən yüksək nəticə “Azərişıq” ASC (83.61%) tərəfindən, ən aşağı nəticə isə “Azəriqaz” İB (20.45%) tərəfindən əldə edilib.

Yeri gəlmişkən, “Azərsu” ASC-nin nəticəsi 77.43%, “Azəristiliktəchizat” ASC-nin nəticəsi isə 36.88% təşkil edib.