Azərbaycanın bank sektorunun kredit portfeli 2021-ci ilin eyni dövrü ilə müqayisədə 2022-ci ilin yanvarında 2 milyard 567.6 milyon manat artaraq 16 milyard 781.4 milyon manata çatıb.
İndex.az xəbər verir ki, bu barədə Mərkəzi Bank bildirir.
O cümlədən, 2022-ci ilin yanvarında biznes kreditləri illik müqayisədə 1 milyard 289.8 milyon manat artaraq 9 milyard 746.5 milyon manata, istehlak kreditləri 914.4 milyon manat artaraq 4 milyard 617 milyon manata, ipoteka kreditləri isə 363.4 milyon manat artaraq 2 milyard 417.9 milyon manata yüksəlib.