Bu il yanvar ayında İpoteka və Kredit Zəmanət Fondunun (İKZF) xətti ilə 13,9 milyon manat kredit verilib.
İndex.az Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 17,8 % çoxdur.
Hesabat dövründə Fondun yenidən maliyyələşdirdiyi kreditlərin məbləği isə 8,5% artaraq 21,6 milyon manata çatıb.
Ötən ay İKZF 1 il əvvəl olduğu kimi istiqraz buraxmaqla vəsait cəlb etməyib, Fonda dövlət büdcəsindən 23,8 milyon manat vəsait ayrılıb (ötən ilin eyni dövründə ayrılmayıb).