“Xiaomi” yeni “Note” smartfonunu təqdim edib

“Xiaomi” şirkəti yeni ucuz “Redmi Note 11T 5G” smartfonunu təqdim edib.

İndex.az xəbər verir ki, plastik korpusda hazırlanmış yenilik 6.6 düymlük IPS-displey, 16 MP-lik ön və 50 MP + 8 MP arxa kamera ilə təchiz edilib.

Smartfonun operativ yaddaşının həcmi konfiqurasiyadan asılı olaraq 4/6/8 GB, daxili yaddaşının həcmi isə 64 və ya 128 GB təşkil edir. Cihaz 5000 mAh tutumlu batareya alıb, eyni zamanda barmaq izi, Wi-Fi 6 və Bluetooth 5.1 təchiz edilib.

Hindistanda “Redmi Note 11T 5G” smartfonunun satışları bu gündən başlayır. Baza versiyanın qiyməti 226 dollar təşkil edir.

Mənbə – Banker