"Petkim" "Star"ın 18%-ni SOCAR-dan almağı planlaşdırır

“Petkim”, “Star” neftayırma zavodunun 18%-ini SOCAR-dan almağı planlaşdırır.

İndex.az xəbər verir ki, “Petkim”in Baş direktoru Anar Məmmədov, satınalma əməliyyatını 2022-ci ilin ilk yarısında yekunlaşdırmağı planlaşdırdıqlarını bildirib.

Buna da bax: “SOCAR Petroleum”un rəhbəri dəyişdi – TƏYİNAT

Həmçinin “Petkim” 2022-ci ildə ehtimalla 500 milyon dollardan aşağı olacaq məbləğdə avrobond satmağı planlaşdırır.

“Star” neftayırma zavodu istehal gücünü ildə 10 milyon tondan 11 milyon tona yüksəldib və gücün 11,5 milyon tona çatdırılması nəzərdə tutulur.

Mənbə – Marja