
Avropa yay mövsümündə yeraltı anbarlara vurulan təbii qazın hamısını çıxarıb.
Index.az bu barədə Rusiyanın “Qazprom” şirkətinə istinadən xəbər verir.
Məlumata görə, hazırda Avropada yeraltı anbarların doluluq səviyyəsi 29,5% təşkil edir.
Qeyd olunur ki, bu il Avropada yeraltı anbarlardakı ehtiyatların təmin edilməsi bir yay mövsümündə heç vaxt vurulmamış qaz həcmlərini tələb edəcək.