
“Gömrük dəyərinin müəyyən edilməsi ilə bağlı problemlər hər zaman qaldırılır, əfsus ki, bunun nəticəsi olmur”.
İndex.az xəbər verir ki, bunu Bakıda keçirilən “Gömrük islahatları: çağırışlar və imkanlar” mövzusunda ictimai müzakirələrdə Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının (ASK) vitse-prezidenti, Naxçıvan MR Sahibkarlar Konfederasiyasının sədri Vüqar Abbasov bildirib.
“Bu istiqamətdə risklər bizə də aydındır. Bəzən gömrükdə risklərin aradan qaldırılmasına yönəlmiş yanaşmalar tam şəffaf işləyən, sənədlərini, mallarının qiymətlərini düzgün təqdim edən sahibkarın fəaliyyətinə təsir göstərir, rəsmiləşmənin uzanmasına, sahibkarların narazı qalmasına səbəb olur. Bu məsələdə xüsusi yanaşmaya ehtiyac var. İnvoys qiymətlərində dəyişiklik edən iş adamı ilə şəffaf işləyən iş adamı bir-birindən fərqləndirilməlidir. Artıq uzun müddət fəaliyyət göstərən sahibkarlar ölkəmizdə kifayət qədərdir”, – deyə o qeyd edib.