“Azersun Holding” işçilər axtarır – VAKANSİYALAR

Azersun Holding

Müsahibəçi (intervyuer)

 

Tələblər:

  • Natamam ali təhsil
  • 18-35yaş xanım namizədlər
  • Azərbaycan dilində sərbəst danışıq və fikrini aydın izah etmə bacarığı olmalı;
  • Səbrli və nəzakətli olmalı;
  • Məsuliyyətli, dürüst və ünsiyyət qurma bacarığı olmalı;
  • Komanda ilə çalışmağı bacarmalı;
  • Könüllülük təcrübəsi olması üstünlükdür.

İş haqqında məlumat:

  • Bakı və Gəncə şəhərlərində müxtəlif layihələr çərçivəsində fərqli mövzularda fərdi yaşayış və qeyri-yaşayış ünvanlarında şəxslərdən üz-üzə müsahibə götürmək (planşet vasitəsilə).
  • İş yeri: Səyyar (şəhərin müxtəlif əraziləri)
  • İş saatları: günlük 5-6 saat (razılaşdırılmış qrafiklə)
  • Əmək haqqı fərdi görülmüş işin həcmindən (anket sayı) asılı olaraq xidməti müqaviləyə əsasən ödənilir.

Tələblərə cavab verdiyiniz təqdirdə CV-nizi [email protected] elektron poçtuna göndərə bilər və ya hr.azersun.com ünvanında qeydiyyatdan keçərək müraciət edə bilərsiniz.

Email-in mövzu hissəsində “Müsahibəçi (intervyuer)“qeyd etməyiniz xahiş olunur.

Son tarix 19 yan 2023 – [email protected]

Baş Mühasib (Xaçmaz)

 Son tarix 19 yan 2023 [email protected]

Ümumi məlumatlar: 

  • Tam ali iqtisadi təhsil (mühasibatlıq və ya maliyyə ixtisası üzrə, magistr dərəcəsi olması arzuolunandır);
  • Baş mühasib kimi ən azı 2-3 il iş təcrübəsi;
  • Maliyyə təsərrüfat əməliyyatlarının bütün sahələrində iş təcrübəsi;
  • Mühasibatlıqla bağlı yerli qanunvericiliyi, vergi məcəlləsini bilməli;
  • Mühasibat uçotunun Beynəlxalq standartlarını bilməli (sertrifikatın olması arzuolunandır)
  • MS Office, 1C, BTP, EFP proqramlarında yüksək səviyyədə işləyə bilməli;
  • ERP proqramlarından hər hansı birinin mühasibatlıq-maliyə modulu ilə yüksək səviyyədə çalışa bilməli

İş haqqında:  

  • Vergi, statistika və DSMF hesabatların hazırlanması;
  • Mühasibat (maliyyə) hesabatlarının müəyyən edilmiş müddətlərdə tərtib və təqdim edilməsi;
  • Müəssisə tərəfindən həyata keçirilən bütün təsərrüfat əməliyyatlarının mühasibat uçotu hesabında (həmçinin mühasibat uçotu registrlərində) düzgün əks etdirilməsi;
  • Maliyyə hesabat və kredit əməliyyatlarının, müəssisənin təsərrüfat-maliyyə fəaliyyətinin yekunları üzrə əməliyyatların uçotunun təşkil edilməsi;
  • Mühasibat məsələləri, nəzarət, hesabat və iqtisadi təhlil üzrə müəssisənin bölmə işçilərinə rəhbərlik edilməsi.

İş şərtləri:

  • Həftə içi 5 gün, 09:00-18:00
  • Digər bölgələrdən işçi alınacağı təqdirdə yaşayış yeri və gün ərzində 3 dəfə qidalanma şirkət tərəfindən qarşılanacaqdır

Ünvan: 

  • Qafqaz Konserv Zavodu MMC (Xaçmaz şəhəri).

Tələblərə cavab verdiyiniz təqdirdə CV-nizi [email protected] elektron poçtuna göndərə bilər və ya hr.azersun.com ünvanında qeydiyyatdan keçərək müraciət edə bilərsiniz.

Email-in mövzu hissəsində “Baş mühasib” və işləmək istədiyiniz bölgənin adını qeyd etməyiniz xahiş olunur.

Satınalma üzrə mütəxəssis

 Son tarix 19 yan 2023 [email protected]

Tələblər:

  • Ali təhsilli olmalı;
  • Satınalma sahəsində ən azı 3 illik iş təcrübəsi olmalı;
  • Rus və İngilis dillərini yaxşı səviyyədə bilməli;
  • Excel biliyi yaxşı səviyyədə olmalı;
  • Analiz etmə bacarığına sahib olmalı;
  • Ölkə xarici ezamiyyətə gedə bilməlidir.

İş haqqında:

  • Satınalma prossesini vaxtında, prosedur və prosseslərə uyğun olaraq icra etmək;
  • Təchizat sifarişlərinin idarə edilməsi (yerləşdirmə, nəzarətdə saxlama, hesabatların hazırlanması və sifarişlərin bağlanması);
  • Açılmış sifariş formalarının analizi,  Satınalma sorğularına nəzarət, yoxlanılması və hesabatlarının hazırlanması;
  • Bazarın təhlili, tələb olunan materialların daxili və xarici bazarda araşdırılması, təchizatçı bazasının hazırlanması və təhlili;
  • Tender/sorğularının hazırlanması və qiymətləndirilməsi, əsaslar və tələb olunan sənədlərə istinadən məhsul və xidmətlərin seçim prossesinin yekunlaşdırılması;
  • Satınalma pressesinin ən əlverişli şərtlərlə həyata keçirmək,
  • Hesabatların hazırlanması və analizi, satınalma sorğularının hazırlanması, təchizatçıların analizi və digər prosseslərin effektiv idarəolunması;
  • Təchizatçıların seçimi və qiymətləndirilməsi, Ödəniş sorğularını həyata keçirmək, ödənişlərə nəzarət etmək;
  • Müqavilələrin həyata keçirilməsi və nəzarətdə saxlanılması, müqavilə şərtlərinin müəyyən olunması.

İş şərtləri:

  • Həftə içi 5 gün

İş yeri:

  • Bakı şəhəri

Tələblərə cavab verdiyiniz təqdirdə CV-nizi [email protected] elektron poçtuna göndərə bilər və ya hr.azersun.com ünvanında qeydiyyatdan keçərək müraciət edə bilərsiniz.

Email-in mövzu hissəsində “Satınalma üzrə mütəxəssis” qeyd etməyiniz xahiş olunur.