“Sportinq Lissabon” – “Braqa” oyununa 6.50 əmsallıq PROQNOZ

Bu gecə saat 00:15-də “Sportinq” və “Braqa” Liqa Kubokunda üz-üzə gələcəklər. Oyunun nəticəsi necə olacaq? Cavab bizim proqnozumuzdadır.

SPORTİNQ LİSSABON

“Sportinq” ardıcıl olaraq 5 oyundur məğlub olmur. Komanda cari turnirdə keçirdiyi oyunlarda rəqib qapılarına 13 dəfə yol tapıb və hələki öz qapısını toxunulmaz saxlamağı bacarır. Hücumda effektiv olan paytaxt təmsilçisi müdafiədə də əla görünür. Çempionatda isə yaxşı start götürə bilməyən “Sportinq” turnir cədvəlinin 4-cü pilləsində qərarlaşıb.

Lissabonlular fasilə öncəsi son turda klub Famalikan üzərində qələbə qazanıblar (2:1).

BRAQA

“Braqa” 28 xalla turnir cədvəlinin 3-cü pilləsində qərarlaşıb və 2-ci yerdən yalnız 1 xal geri qalır. Lakin lider ilə aradakı fərq 9 xaldır. Komanda keçirdiyi bütün görüşlərdə qol buraxmadan qalib gələ bildiyindən Liqa Kubokunda da xal itkisi olmayıb.

Son oyunda “silahçılar” “Pakos de Ferreyra” ilə qarşılaşıblar (2:0).

PROQNOZ

Fikrimizcə, bugünkü qarşıdurmada vurulan qolların sayı çox olacaq. Hər iki komanda əla fiziki vəziyyətdədir və növbəti mərhələyə yüksəlmək istəyir. Aralarında baş tutmuş son 4 qarşılaşmaya nəzər salsaq görərik ki, heç bir komanda meydanı qol vurmadan tərk etmir. Qarşılıqlı qollar hər zaman olur. Düşünürük ki, bu gün yenə də bunu edəcəklər.

Bizim ilk proqnozumuz – 2.5 ÜST (1,80)

Fikrimizcə, daha soyuqqanlı çıxış edən və fərdi ustalığa görə görüşün nəticəsini həll etməyə qadir futboluları olan Lissabon komandasına bu oyunda üstünlük verməyə dəyər.

İkinci mərcimiz “Sportinq”in qələbəsidir – 1.86

BUKMEKERLER NƏ DEYİR?

Dəqiq hesab: 2:1 – 5.50

“Sportinq Lissabon”un qol cəmi – 1.5 ÜST (1.77)