Bu gün saat 19:00-da DÇ-nın finalında Argentina və Fransa milliləri üz-üzə gələcək. Çempion kim olacaq? Cavabı proqnozumuzda.
ARGENTİNA
Argentina millisi qrup mərhələsinə Səudiyyə Ərəbistanı qarşısında 1:2 hesablı məğlubiyyətlə başladı. 2-ci turda özünü toparlayan cənubi amerika təmsilçisi Meksika üzərində 2:0 hesablı qələbə qazandı. Son turda Polşanı da eyni hesabla məğlub edən argentinalılar pley-offa yüksəldilər.
1/8 finalda Argentina millisi gözlənildiyi kimi, Avstraliyanı 2:1 hesabı ilə üstələyərək 1/4 finala yüksəldi. Bu turda Hollandiya millsi ilə çətin keçən görüşdə oyun penaltilər seriyasına qədər uzandı. Sonda sevinən Argentina oldu.
Yarımfinal Argentina üçün olduqca asan keçdi. Artıq ilk hissədə Xorvatiya qapısına 2 dəfə yol tapmağı bacaran argentinalılar 2-ci hissədə də 1 qol vurub rahat şəkildə finala yüksəldilər.
FRANSA
Fransa yığması bugünkü rəqibindən fərqli olaraq qrupda heç bir problem yaşamadan ilk 2 turda Avstraliya (4:1) və Danimarka (2:1) üzərində qələbə qazanaraq pley-offu qarantilədi.
1/8 finalda Fransa komandası Polşa ilə qarşılaşdı. Bu turda da rahat qələbə qazanan Fransa növbəti mərhələyə adladı. 1/4 finalda Hari Keynin qaçırdığı penalti sayəsində fransızlar əsas vaxta məsələni həll edib yarımfinala vəsiqəni təmin etdilər.
Fransa yığması yarımfinalda ən çətin oyununu keçirdi. 2:0 hesablı inamlı qələbə qazanmaqlarına baxmayaraq Mərakeşi saxlamaq üçün əllərindən gələni etdilər.
PROQNOZ
Argentina millisi finala qədər çox çətin və dramatik görüşlər keçirib. Lakin onların meydanda nümayiş etdirdikləri oyun finala layiq olduqlarını göstərir. Fransa da bəzi oyunlarda çətinliklərlə üzləşib. Amma onlar da futbolçuların kefiyyətinin və taktiki gedişlərin hesabına finala qədər irəliləyə biliblər.
Fransızların, fikrimizcə, bu gün kubok almaq ehtimalı daha çoxdur. Çünki Argentina millisi Messidən çox aslıdır. Fransızlar isə komanda olaraq meydanın hər yerində əla çıxış edirlər.
Əgər Fransa millisinə nəzər salsaq Antuan Qrizmanın, Kilyan Mebappenin, Oliver Jirunun əla formada olduğunu görə bilirik. Komanda taktiki gedişləri çox sürətlə yerinə yetirir. Fransanın heçnədən epizod yarada biləcək bir neçə əla formada olan oyunçusu var. Bu da onları finalda daha çox ön plana çıxarır.
Bizim ilk proqnozumuz Fransanın qələbəsi olacaq – 1,97
Rusiyada keçirilən DÇ-da Fransa millisi final matçında kifayət qədər cəsarətli oynayaraq risk getməkdən çəkinməmişdi. Eyni zamanda müdafiədə möhkəm bağlanaraq möhtəşəm oyun nümayiş etdirmişdi. Onlar bu finalda da oyunun taleyini əsas vaxtda həll etmək üçün çalışacaqlar. Fikrimizcə, Argentinanın müdafiəsi fransızların hücum xəttinə problem yarada bilməyəcək.
Əksinə, əla formada olan Fransa müdafiəsi qarşısında argentinalılar çətinlik çəkə bilər. Lakin bu mundialda Leonel Messini saxlamaq demək olar ki qeyri-mümkündür. Düşünürük ki, oyunda qol sayı ən azı 2-dən çox olacaq.
İkinci mərcimiz – 2.5 ÜST (2.20)
BUKMEKERLER NƏ DEYİR?
Dəqiq hesab: 1:2 – 10.50
Fransa hər iki hissədə qol vuracaq – 4.80
Argentina 1-ci hissədə qol vuracaq – 2.35