Bu şirkət işçi axtarır – Maaş 2000-2200 manat

Aqrar İnnovasiya və Təchizat Şirkəti

İnsan Resursları Şöbəsinin Rəhbəri

Son tarix 15 yan 2023 – [email protected]

Namizədə olan tələblər:

  • Ali təhsil (İnsan Resursları İdarə olunması, Menecment, İqtisadi sahələr üzrə ali təhsil arzuolunandır);
  • İnsan resursları sahəsində təcrübə minimum 5 il;
  • AR Əmək Məcəlləsini və mövcud əmək qanunvericiliyini bilməli;
  • İnsan resurslarının idarəolunması, funksiyaları, prosedurları haqqında biliyə sahib olması;
  • İşə qəbul prosesinin əsas qaydalarını bilməli;
  • Dil bilikləri: İngilis və Rus dilləri üstünlükdür.

Vəzifə öhdəlikləri:

  • Şöbə əməkdaşlarının gündəlik fəaliyyətlərinə nəzarət etmək, dəstək olmaq və işlərin planlaşdırılmasını həyata keçirmək;
  • Bütün şöbələr üçün işə qəbul planının hazırlanması və şöbə müdirləri ilə lazım olduqda düzəlişlərin edilməsi;
  • Daxili prosedurların yazılması və mövcud prosedurların ehtiyac olduğu halda günün tələblərinə uyğun dəyişdirilməsi;
  • İR Şöbəsinin illik planının həyata keçirilməsinin koordinasiyası və nəzarəti;
  • Vakansiyalar üzrə müraciət etmiş namizədlərlə görüşlərin keçirilməsi;
  • Əmək haqqı və vəzifə dəyişiklikləri ilə əlaqədar sorğuların ilkin cavablandırılması və təsdiqə göndərilməsi;
  • Əmək müfəttişliyindən daxil olan sorğuların cavablandırılması;
  • Əməkdaşların peşəkar səviyyələrinin artırılması məqsədilə təlim və tədris proseslərinin təşkilinin həyata keçirilməsi;
  • Əməkdaşların məlumat bazasının hazırlanmasına və mütəmadi olaraq yenilənməsinə nəzarətin edilməsi;
  • Şirkətdə mövcud vəzifələrə dair vəzifə təlimatlarının hazırlanması və yenilənməsi prosesinə dəstək;
  • Kargüzarlıq işlərinin təhlil olunması və idarə olunması.

İş şərtlərimiz:

  • Əmək haqqı: 2000 – 2200 AZN;
  • İş qrafiki : Tam iş günü (5 gün);
  • İş saatları: 08:30-17:30;
  • Çalışacağınız ünvan: Ziya Bünyadov 1965, “Çinar Park” Biznes Mərkəzi 1-ci bina, 3-cü mərtəbə;
  • Şirkət hesabına korporativ nömrə.

Göstərilən tələblərə cavab verən namizədlərdən CV-lərini mövzu hissəsinə “İnsan Resursları Şöbəsinin Rəhbəri” yazaraq göndərmələri xahiş olunur.