“Azəriqaz”ın daha 19 əməkdaşı təltif edildi – FOTO

“Tərtər regionunda həyata keçirilən qazlaşdırılma prosesində sizin əziyyətiniz böyükdür. Bu baxımdan SOCAR “Azəriqaz” İB rəhbərliyinin hər zaman diqqətindəsiniz”.

İndex.az “Azəriqaz”a istinadən xəbər verir ki. bu sözləri Birliyin baş direktorun müavini Ceyhun Şıxəliyev Tərtər Regional qaz istismarı İdarəsinin əməkdaşları ilə görüşü zamanı qeyd edib.

O, baş direktorun adından nəzarətçi-çilingərlərə təşəkkür edib.

Daha sonra qurum rəsmisi Tərtər RQİİ-nin xidmət sahələrində çalışan 19 əməkdaşı Fəxri Fərman və hədiyyə ilə təltif edib, onlara işlərində uğurlar arzulayıb.