Ötən ay Azərbaycanda nə qədər neft hasil olunub?

Bu ilin noyabr ayında Azərbaycanda gündəlik neft (kondensatla birlikdə) hasilatı 669 min barel olub.

İndex.az Energetika Nazirliyinə istinadən xəbər verir ki, bunun 550 min barelini xam neft, 119 min barelini isə kondensat təşkil edib.

Qeyd edək ki, “OPEC plus” ölkələri nazirlərinin 33-cü iclasında qəbul edilmiş qərara əsasən, noyabrda ölkədə gündəlik xam neft hasilatının avqust ayındakı səviyyədən, yəni 717 min bareldən azaldılaraq 684 min barel həcmində saxlanılması nəzərdə tutulurdu.